AZ

Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər

style='margin-bottom:10px;'>

"Qarabağ" Antalya toplanışı çərçivəsində bu gün Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama matçı keçirib.

QOL.az xəbər verir ki, 3:1 hesablı qələbə qazanan Ağdam klubunun heyətində iki gənc oyunçu debüt edib.

Söhbət 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlıdan gedir. Hər iki oyunçu matçın 2-ci hissəsində meydana daxil olub.

Qeyd edək ki, Əli Bəşirov "Qarabağ"ın U-19, Bəhruz Qurbanlı isə əvəzədici komandasının üzvüdür. Onlar ilk dəfə əsas komandaya cəlb edilərək Antalya toplanışına aparılıb.








SəhifəninYuxarı

Seçilən
155
2
teleqraf.com

5Mənbələr