AZ

“Qarabağ”dan daha bir qələbə – bu dəfə Xorvatiya klubunu uddular

“Qarabağ” Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəqibi Xovratiyanın “Osiyek” kollektivi olub.

İlk hissəsi xorvatların qələbəsi ilə başa çatan görüşün ikinsi yarısında “Qarabağ” 3 qol vuraraq yekunda qalib gəlib – 3:1.

Ağdam təmsilçisi bu gün  Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
64
1
idmanxeber.az

2Mənbələr