
Türkiyənin 3 vilayətdə qanunsuz qumar oyunlarını hədəf alan əməliyyatda 25 şübhəli saxlanılıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Şübhəlilərin bank hesablarındakı əməliyyat həcminin təxminən 2,6 milyard türk lirəsi (təqribi 102 milyon manat) olduğu təxmin edilir.
Əməliyyat zamanı 166 rəqəmsal cihaz, 147 bank və kredit kartı, 3 sənədsiz tapança, 1 ov tüfəngi, müxtəlif çaplı 407 patron, 6 sintetik həb, 16 milyon türk lirəsi (təxminən 630 400 manat) dəyərində zərgərlik məmulatı, 3,5 milyon türk lirəsi (136 500 manat) dəyərində 11 saat, hər biri 1 kiloqram ağırlığında 2 gümüş külçə, 310.000 türk lirəsi (12 090 manat) dəyərində xarici valyuta və yüksək dəyərdə 37 dua təsbehi müsadirə edilib.Araşdırmalar davam etdirilir.
İlahə Qənbərli
Missiya.Az