AZ

ABŞ İran yaxınlığında yeni hərbi obyekt yaradıb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

ABŞ İran yaxınlığında yeni hava hücumundan müdafiə komandanlığı və idarəetmə mərkəzi yaradıb

ABŞ İran yaxınlığında yerləşən Qətərdə yeni hava hücumundan müdafiə komandanlığı və idarəetmə mərkəzi yaradıb. AYNA.AZ “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sənədlərində qeyd olunub.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bildirib ki, "bu, regional müdafiə əməkdaşlığının gücləndirilməsində irəliyə doğru əhəmiyyətli bir addımdır". O obyektin məqsədinin vahid hava hücumundan müdafiə sistemini təkmilləşdirmək olduğunu bildirib.

ABŞ ordusunun çoxmillətli təlimlərin planlaşdırılması, təlimlərin keçirilməsi və fövqəladə hallara cavabdehlik sahəsində regional həmkarları ilə birgə işləyəcəyi müəyyən edilib. Mərkəz həmçinin məlumat mübadiləsi və təhdid xəbərdarlıqlarından məsul olacaq. Qətər və Bəhreyn layihənin əsas tərəfdaşlarıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
1
ayna.az

2Mənbələr