AZ

İranda iğtişaşlarla bağlı 3 minə yaxın şəxs saxlanılıb

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İranın hüquq-mühafizə orqanları kütləvi iğtişaşlarda iştirakda şübhəli bilinən təxminən 3 min nəfəri saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İranda iğtişaşlar 29 dekabr tarixindən etibarən milli valyuta – rialın kəskin dəyər itirməsindən sonra başlanan küçə etirazları fonunda başlayıb və qısa müddətdə ölkənin əksər iri şəhərlərinə yayılıb. Rəsmi məlumatlara əsasən, hadisələr zamanı təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, yanvarın 8-dən etibarən etiraz aksiyalarında silahlı terrorçu qrupların iştirak etdiyi müşahidə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
baku.ws

1Mənbələr