Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Təmsil olunduğum komitənin səlahiyyətlərinə aid qanunların icra vəziyyətinin planlı və sistemli əsaslarla monitorinqinin həyata keçirilməsini, bu məqsədlə müvafiq icraedici orqanlardan müəyyən olunmuş dövriliklə (illik və ya yarımillik) hesabatların alınmasını, monitorinq nəticələrinin iclaslarımızda müzakirəsini və zərurət yarandıqda normativ-hüquqi aktlara dəyişikliklərlə bağlı təşəbbüslərin irəli sürülməsini təklif edirəm".
Oxu.Az xəbər verir ki, bu təşəbbüslə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Vasif Qafarov çıxış edib.
O bildirib ki, qanunların real icra vəziyyətinin mütəmadi izlənilməsi qanunvericilik fəaliyyətinin praktiki səmərəliliyini artıracaq, icra prosesində yaranan institusional və normativ boşluqların vaxtında müəyyən edilməsinə imkan yaradacaq:
"Həmçinin, bu, qanunverici və icraedici hakimiyyət orqanları arasında hesabatlılıq və koordinasiyanı gücləndirəcək, eləcə də hüquqi tənzimləmənin real ictimai ehtiyaclara uyğunlaşdırılmasına xidmət edəcək.
İkinci təklifim bələdiyyələrin fəaliyyətinin qiymətləndirilməsi və qabaqcıl təcrübənin təşviqi, eyni zamanda çatışmazlıqların aradan qaldırılması məqsədilə komitə səviyyəsində ictimai dinləmələrin keçirilməsi ilə bağlıdır. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ən yaxşı və ən zəif fəaliyyət göstəricilərə malik bələdiyyələrin nümayəndələrinin iştirakı ilə komitə səviyyəsində ictimai dinləmələrin keçirilməsi vacibdir. Müstəqil ekspertlərin, akademik dairələrin, vətəndaş cəmiyyəti institutlarının və aidiyyəti sahə üzrə peşəkarların da iştirakı ilə ictimai dinləmələrin və ekspert müzakirələrinin təşkil edilməsi, habelə bu prosesin nəticələrinin ümumiləşdirilərək qanun layihələrinin təkmilləşdirilməsində nəzərə alınması faydalı olardı".
Mərahim Nəsib
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.