Şokolad və kakaonun bioloji qocalma prosesinin yavaşlaması ilə əlaqəli ola biləcəyi bildirilib.
Redaktor.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Mixail Bolkov “Lenta.ru”ya açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, bioloji yaşın müəyyənləşdirilmə üsullarından biri genlərin qapalı və açıq sahələrinin analizidir. Yaş artdıqca bu sahələrin nisbəti dəyişir ki, bu da epigenetik qocalmanın sürəti barədə nəticə çıxarmağa imkan verir. Bolkov bildirib ki, son tədqiqatda alimlər bu analizi apararaq nəticələri kakao və şokoladın tərkibində olan teobromin maddəsinin səviyyəsi ilə müqayisə ediblər.
Araşdırmanın nəticələrinə əsasən, teobrominin yüksək səviyyədə olduğu hallarda qocalma prosesinin daha ləng getdiyi müəyyən edilib.
Aytəkin TOFİQQIZI