AZ

Hakan Fidan Baltikyanı ölkələrin XİN rəhbərləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Litvanın paytaxtı Vilnüsdə Baltikyanı ölkələrdən olan həmkarları ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Bildirilib ki, Fidan Vilnusda Litvanın xarici işlər naziri Kestutis Budris, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna və Latviya xarici işlər nazirinin müavini Artjoms Ursulskis ilə görüşüb.

Qeyd olunub ki, Türkiyə XİN rəhbəri bundan əlavə Litva Parlamentinin sədr müavini və Avropa İşləri Komitəsinin sədri Rasa Budberqeyt ilə də fikir mübadiləsi aparıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
109
missiya.az

1Mənbələr