AZ

Fransada hazırlanan ilk FDI sinifli freqat Yunanıstana gəlib

Yanvarın 15-də ilk FDI HN (“Belharra”) sinifli “Kimon” freqatı Saronik körfəzini keçərək Yunanıstana çatıb. Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan freqat Fransada istehsal olunub.

Herbiand.az bildirir ki, qarşılanma mərasimində Yunanıstan Prezidenti Konstantinos Tasulas, Baş nazir Kiriakos Mitsotakis və müdafiə naziri Nikos Dendias iştirak ediblər.

Fransa və Yunanıstan 2022-ci ilin mart ayında üç FDI HN freqatının tədarükü üçün müqavilə imzalayıblar.

Freqatların su tutumu təxminən 4500 ton, uzunluğu 122 metr, eni 18 metrdir. Heyət 125 nəfərdir (əlavə 28 heyət yerləşdirmək imkanı ilə).

Gəminin döyüş sistemləri Naval Group-un hazırladığı SETIS 3.0 sistemi tərəfindən idarə olunur. Silah arsenalına MM40 “Exocet” gəmi əleyhinə raketləri, “Aster 15/30” zenit raketləri, 76 mm-lik toplar, məsafədən idarə olunan “Narval” 20 mm-lik artilleriya sistemləri və 324 mm-lik torpedo boruları daxildir. Göyərtəyə həmçinin, 700 kq-a qədər çəkiyə malik pilotsuz uçuş aparatı (PUA) və NH90 çoxməqsədli helikopter də yerləşə bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr