Avropanın məşhur xizək kurortlarında son bir ayda 17 nəfər ölüb
7News.az xəbər verir ki, qış turizm mərkəzlərində qar uçqunu riski artır. Avropada xizək mərkəzlərində son bir ayda 17 nəfər qar uçqunu altında həyatını itirib. Səlahiyyətlilər bir çox ərazilərdə uçqun riskinin yüksək və ekstremal həddə çatması ilə bağlı istirahət edənlərə xəbərdarlıq edib. Ötən həftə sonu Alp dağlarında xizək sürənlər də daxil olmaqla 8 nəfər qar uçqunu nəticəsində həlak olub.