AZ

Simonyan: "Ermənistan İrana qarşı addım atmayacaq"

Bu sözləri Ermənistan Milli Məclisinin sədri Alen Simonyan yerli mətbuataaçıqlamasındadilə gətirib. O, İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin dediklərinə öz münasibətini bildirib. Belə ki, səfir yanvarın 14-də mətbuat konfransı keçirib. O, İran müxalifətinə dəstək məqsədilə səfirliyin qarşısında baş tutan nümayişlərdən, habelə Ermənistanın ABŞ ilə birgə apardığı"Tramp yolu" layihəsindənnarazı qaldığını vurğulayıb. Səfir söyləyib ki, İrəvan düşmən qüvvələr, yəni ABŞ üçün platformaya çevrilir.

Alen Simonyan iranlı diplomatın iddialarına cavabən diqqətə çatdırıb ki, "Tramp yolu" layihəsi regiondakı bütün ölkələr, o cümlədən İran üçün potensial faydaya malikdir:"İranda daxili vəziyyət sabitləşdikcə, gərginlik azaldıqca rəsmi Tehran görəcək ki, bütün narahatlıqlar əsassızdır".

Parlament sədrinin sözlərinə görə, İran bir çox ölkə ilə həmsərhəddir:"Belə bir vəziyyətdə Tehranın ABŞ-nin mümkün hücumu şəraitində məhz Ermənistanla 23 kilometrlik sərhədə görə narahat qalması təəccüblüdür. Rəsmi İrəvan iranlı həmkarları ilə mütəmadi əlaqə saxlayır. İstənilən şübhəni aydınlaşdırmaq məqsədilə hər cür zəruri izahat verməyə hazırıq".
İranın Ermənistandakı səfiri:"Ölkəm Venesuela deyil"

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib:"Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".

Firudin Həmidli
AzVision.az
Seçilən
69
azvision.az

1Mənbələr