AZ

"Zirə"nin bu futbolçusu "Şamaxı"ya keçir - AÇIQLAMA

"Şamaxı" yeni transfer reallaşdırmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi "Zirə"nin gənc futbolçusu Ramiz Muradovu heyətinə cəlb edir. 

Bunu Türkiyədə təlim-məşq toplanışında olan Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov təsdiqləyib. O, Antalyaya gedən Ayxan Abbasovun futbolçunu ilk yoxlama oyununda bəyənərək komandasına görmək istədiyini və Ramizin icarə əsasında keçidinə razılıq verdiklərini bildirib. 

Beləliklə, əvəzedici komandanın üzvü olan və əsas heyətlə Antalyaya yollanan Ramiz Muradov azı yaya qədər "Şamaxı"nın uğurları üçün çalışacaq.

Seçilən
117
1
fanat.az

2Mənbələr