"Football-plus.az" həmin paylaşımı diqqətinizə çatdırır:
"Yollarımız ayrılsa da, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq. Başımı dik tutaraq burdan ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram. Etibarlarına görə rəhbərliyə, dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə aparan hər komanda yoldaşıma minnətdaram. Amma hər şeydən əvvəl azarkeşlərə səmimi təşəkkürümü bildirirəm. Hər matçda qeyd-şərtsiz dəstəyiniz mənim ən böyük güc mənbəyim idi. Səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı həmişə mənim evim olacaq”.
Letiç 2022-ci ilin fevralından "Sabah"ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. 33 yaşlı müdafiəçi klubun tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidi. Futbolçu "bayquşlar"ın heyətində premyer-liqanın gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun qalibi olub.