AZ

Vaşinqton Ukrayna məsələsinə qlobal maraqlar prizmasından yanaşır



"Birləşmiş Ştatlar Venesuela, İran, Qrelandiya və bu tip oxşar məsələlər üzərindən hazırda gücə əsaslanan ekspansiya həyata keçirir. Bu proses məhz yeni qlobal geostrateji bölgünün elementidir. Təbii ki, mövcud hərəkətlilik fonunda diqqət çəkən bir məqam da, dörd ildir davam edən Rusiya - Ukrayna müharibəsi ilə bağlıdır. Prezident Donald Trampın sözügedən məsələ ilə əlaqədar yanaşması aydındır ki, stabil deyil, dəyişkəndir. Çünki Kreml əksər hallarda onun istəklərini yerinə yetirmir. Lakin tərəflər arasında müxtəlif məsələlər fonunda fikir mübadiləsi aparır, bazarlıqlar edirlər. Artika məsələsi də bura aiddir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki. rəsmi Vaşinqton Ukrayna məsələsinə məhz qlobal maraqlar prizmasından yanaşır:

"O, Ukraynanın tamamilə itirilməsində maraqlı deyil. Ancaq mövcud reallıqlar kontekstində bir neçə vilayətin itirilməsi, hansı ki, orada müharibə gedir o qədər də əhəmiyyət kəsb etmir. O səbəbdən Birləşmiş Ştatların Ukrayna məsələsində tamamilə Rusiyanın lehinə yanaşma sərgiləyəcəyi inandırıcı deyil".

Süleyman
Seçilən
16
1
newscenter.az

2Mənbələr