AZ

“İmişli” aşağı liqa klubuna məğlubiyyəti həzm edə bilmədi – Oyun yarımçıq dayandırıldı

Təlim-məşq toplanışını davam etdirən “İmişli” bu gün növbəti yoxlama matçına çıxıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu bu gün Birinci Liqanın lideri “Şəfa” ilə qarşılaşıb.

Bakı Olimpiya stadionunun yardımçı meydançasında keçirilən matç 80-ci dəqiqədə dayandırılıb. Buna səbəb “İmişli”nin görüşdə hesabda geri düşməsi olub. Belə ki, qarşılaşma “Şəfa”nın üstünlüyü şəraitində keçib.

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya komandasının sərgilədiyi futboldan narazı qalıb və komandasını 80-ci dəqiqədə meydandan çıxarıb.

Qeyd edək ki, 80-cı dəqiqəyə kimi “Şəfa” hesabda 1:0 öndə idi.

 

Seçilən
29
idmanxeber.az

1Mənbələr