Türkiyənin xarici işlər naziri Hakan Fidan Litvanın paytaxtı Vilnüsdə keçirilən "Türkiyə-Baltikyanı xarici işlər nazirləri toplantısı"nda iştirak edib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə nazir Fidanla yanaşı, Litva xarici işlər naziri Kestutis Budrys, Estoniya xarici işlər naziri Marqus Tsahkna və Latviya xarici işlər nazirinin müavini Artjoms Ursulskis də iştirak edib.
Fidan həmçinin Litva Parlamentinin sədr müavini və Avropa İşləri Komitəsinin sədri Rasa Budberqeyt və parlamentarilərdən ibarət nümayəndə heyəti ilə görüşüb.