2025-ci ildə Rusiyadan Özbəkistana gələn turistlərin sayı 1 milyona çatıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Respublika Turizm Komitəsi məlumat verib. Komitədən bildirilib ki, bu göstərici əvvəlki illə müqayisədə15% artım deməkdir. Belə ki, 2024-cü ildə Rusiyadan Özbəkistana 984.400 turist səfər edib.
Rusiyalı turistlər ənənəvi olaraq Özbəkistana səfərlərin sayına görə dördüncü yeri tutur və qonşu ölkələrdən - Qazaxıstan, Tacikistan və Qırğızıstandan gələn qonaqlardan sonra ikinci yerdədir.
Komitə, Rusiyadan gələn turistlər də daxil olmaqla, beynəlxalq turistlər üçün ekoturizm, sağlamlıq, qastronomiya və işgüzar turizm təkliflərini genişləndirməyə hazır olduğunu qeyd edib.
Süleyman