QKU-nun əcnəbi tələbələri Azərbaycan dili üzrə Hazırlıq kursunu uğurla tamamladı
Hazırlıq kursunu bitirən 3 amerikalı tələbə universitetin rəsmi sertifikatları ilə təltif olunub.
Onlar Joseph Barron, Tyler Hauschild və Chad Nathan Driscolldur.
Qərbi Kaspi Universiteti beynəlxalq tələbələr üçün bərabər imkanlar yaradaraq, onların dil bacarıqlarının inkişafına və mədəni inteqrasiyasına xüsusi önəm verir.
Layihə Qərbi Kaspi Universitetinin Azərbaycan dili Hazırlıq kursunda həyata keçir.

