AZ

“Mossad” rəhbəri ABŞ-yə getdi

"Mossad" kəşfiyyat agentliyinin rəhbəri David Barnea İrandakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün ABŞ-yə gedib.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, danışıqlar iki ölkə arasında İrandakı etirazlar və ABŞ-nin İran hökumətinə cavab olaraq mümkün hərbi əməliyyatları ilə bağlı məsləhətləşmələrin bir hissəsi olacaq.

Mossad rəhbərinin Mayamidə Ağ Evin xüsusi elçisi Stiv Uitkofvla görüşməsi gözlənilir. Barneanın ABŞ prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.


Telegram kanalımız
Seçilən
124
yenisabah.az

1Mənbələr