Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edərək iş adamı Samvel Karapetyanın yenidən istintaq təcridxanasına qaytarılması barədə qərar qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda Karapetyan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənmişdi. Lakin respublikanın Baş Prokurorluğu və İstintaq Komitəsi həmin qərarın ləğvinə nail olmağa çalışaraq Karapetyanın yenidən istintaq təcridxanasına qaytarılması üçün apellyasiya şikayəti vermişdi.
Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyan 18 iyun 2025-ci ildən həbsdədir. Ona qarşı hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlarda ittiham irəli sürülüb. Karapetyan isə ittihamları qəbul etmir.
Turab