AZ

"Şəfa" Premyer Liqa komandasını yendi

1-ci Liqanın lideri "Şəfa" bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında "İmişli" ilə yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, 80 dəqiqə davam edən görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qola bu ay "Şəfa"ya "İmişli"dən transfer olunan hücumçu İbrahim Əliyev imza atıb.

Qeyd edək ki, Elgiz Kərəmlinin çalışdırdığı kollektiv 1-ci Liqada uduzmayıb və qış fasiləsinə 30 xalla yollanıb. "Pələnglər" isə Misli Premyer Liqasının turnir cədvəlində 17 xalla 9-cu sırada mövqe tutublar.

Nihat

Seçilən
27
1
fanat.az

2Mənbələr