Zelenskinin sözlərinə görə, hazırda iki sənəd üzərində iş aparılır və nümayəndə heyətinin ABŞ-a səfəri məhz bu materialların təkmilləşdirilməsi ilə bağlıdır.
"Biz hazırda iki sənəd üzərində çalışırıq. Komanda bəzi materialları yenidən işləmək üçün ABŞ-a yollanıb", - deyə Ukrayna prezidenti qeyd edib. Daha əvvəl Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina da Kiyev və Vaşinqton arasında yaxın iki gün ərzində yeni danışıqlar raundunun keçirilə biləcəyini açıqlamışdı.
Məlumata görə, ABŞ-la danışıqlarda Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin müavini Sergey Kislitsa təmsil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31