AZ

“Kömək edin!” Bloqer blokadada qalıb VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Türkiyənin Tunceli vilayətində yağan güclü qar səbəbindən Ecem adlı bloqer günlərdir köməksiz vəziyyətdə qalıb.

Bakupost.az xəbər verir ki, bloqer sosial şəbəkə hesabında yardım çağırışı edib.

Onun sözlərinə görə, hazırda Tunceli vilayətinin Arslandoğmuş kəndində vəziyyət ağırdır, ərazidə elektrik enerjisi də kəsilib:

“Günlərdir burada köməksiz vəziyyətdəyik. Elektrik enerjisi yoxdur, hava çox soyuqdur, xəstə var. Tövləmiz də çöküb. Bütün yollar bağlanıb və hələ də açılmayıb”, – deyə o, paylaşımında bildirib.

Bloqer vəziyyətin kritik olduğunu vurğulayaraq, aidiyyəti qurumlardan təcili yardım göstərilməsini xahiş edib.

Lalə, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
www.bakupost.az

1Mənbələr