AZ

ABŞ və Meksika arasında razılıq

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Narkotik kartellərinə qarşı mübarizəni gücləndirəcəklər

ABŞ və Meksika narkotik qaçaqmalçılığına və əlaqəli mütəşəkkil cinayətkar qruplara qarşı birgə mübarizəni gücləndirmək barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Meksika xarici işlər naziri Xuan Ramon de la Fuente arasında danışıqlardan sonra dövlət katibinin müavini Tommi Piqot deyib.

"Dövlət katibi Marko Rubio Meksika xarici işlər naziri Xuan Ramon de la Fuente ilə danışıqlar aparıb. Hər ikisinin mövqeyi aydındır: ortaq təhdidlər daha qətiyyətli əməkdaşlıq və nəticələr tələb edir. Narko-terror şəbəkələrinin dağıdılması və ortaq sərhədimizdən fentanil, digər narkotik maddələr və silahların qaçaqmalçılığını əhəmiyyətli dərəcədə azaltmaq təcili və konkret tədbirlər tələb edən təcili bir vəzifədir", - Piqot “X”da yazıb.

Daha əvvəl “Fox News”a verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkotik kartellərinə qarşı quru əməliyyatlarına keçid elan etmişdi. O bildirib ki, onun fikrincə, kartellər Meksikanı faktiki olaraq idarə edir. O həmçinin ABŞ-ın Meksikadakı narkotik kartel hədəflərinə zərbə endirməsi ehtimalını da istisna etməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
ayna.az

1Mənbələr