AZ

Rieltorların yığıncağı keçiriləcək

Azərbaycan Rieltorlar Assosiasiyası İctimai Birliyi idarə Heyətinin növbəti yığıncağı keçiriləcək.  

Yığıncaqda İctimai Birliyə yeni üzvlərin qəbul, prespektiv layihələr haqqında müzakirələr olacaq. 

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan Rieltorlar Assosiasiyası 2009- cu ildən fəaliyyət göstərir.

Ölkədə daşınmaz əmlak sektorunnun inkişafı ilə bağlı çıxış edir, eyni zamanda, əmlak sahəsində broker xidmətləri göstərən fiziki, hüquqi şəxslərin fəaliyyət mexanizminin tənzimlənməsi və leqallaşdırılması istiqamətində fəaliyyət göstərir.

Assosiasiyanın nizamnaməsinə əsasən, İctimai Birliyin idarəetmə orqanı onun İdarə heyətidir. İdarə Heyəti 2012- ci ildən etibarən 9 nəfərdən ibarətdir: Vəfadar Axundov, Nüsrət İbrahimov, Rəna Axundova, Elnur Azadov, Ceyhun Şıxəliyev, Dövlət Nəcəfzadə, Elman Hətəmov, Vüqar Tağıyev Emil Cəfərov.

“Cebheinfo.az”

Seçilən
112
1
cebheinfo.az

2Mənbələr