UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə turnirdə Türkiyənin yeganə təmsilçisi "Samsunspor" klubunun da rəqibi müəyyənləşib.
Superliqa komandası pley-offda Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları fevralın 19-da, cavab oyunları isə 26-da keçiriləcək.