AZ

“iPhone 18 Pro” və “Fold” necə olacaq? – İlk detallar BƏLLİ OLDU – FOTO

“iPhone 18 Pro” və “iPhone Fold”un xüsusiyyətləri internetdə yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə insayderlər məlumat yayıb.

İnternetdə “iPhone 18 Pro” və qatlanan “iPhone Fold” modellərinin bütün texniki xüsusiyyətləri yayılıb.

Məlumata görə, “iPhone 18 Pro” və “Pro Max” modelləri yenilənmiş dizaynla gələcək. Bu cihazlarda ekranaltı “Face ID”, selfi kamerası üçün kiçik kəsik və tamamilə yeni texniki təchizat nəzərdə tutulub.

Yeni qatlanan “iPhone Fold” modelinə gəlincə, o, iki arxa və iki ön kamera ilə təchiz olunacaq. Diqqətçəkən məqam odur ki, bu modeldə üz tanıma skaneri deyil, “Touch ID” (barmaq izi skaneri) quraşdırılacaq.

Yeniliklərin təqdimatının sentyabr ayında keçirilməsi gözlənilir. Klassik “iPhone 18” və “iPhone 18e” modellərinin isə 2027-ci ilin yazında nümayiş etdiriləcəyi proqnozlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
88
interpress.az

1Mənbələr