Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff mövcud gərginliyinazaldılması üçün Vaşinqtonun İrana olan tələblərinisəsləndirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Uitkoffun sözlərinə görə, razılaşma 4 vacib məsələyətoxunmalıdır: uranın zənginləşdirilmə səviyyəsi, raket arsenalınınixtisarı, artıq mövcud nüvə materialları ilə necə davranılacağı vəYaxın Şərqdə fəaliyyət göstərən İranyönümlü qruplaşmalarınfəaliyyəti.
Jurnalistlərin ABŞ Silahlı Qüvvələrinin İrana mümkün zərbəsi iləbağlı sualına cavab verən xüsusi elçi bütün məsələlərin diplomatikyolla həll olunacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki,İslam Respublikasının ağır iqtisadi vəziyyəti Tehranın kompromisəgetməsinə təkan verə bilər.
Sonda Uitkoff İrandakı etirazçıları “son dərəcə cəsur insanlar”adlandırıb və onlarla həmrəylik ifadə edib.