“Lada Granta” yalnız mexaniki sürət qutusu ilə buraxılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə”AvtoVAZ”ın məhsul marketinqi üzrə rəhbəri Korniyenko bildirib.
“Lada Granta” modeli bundan sonra yalnız mexaniki sürət qutusu ilə istehsal ediləcək. Avtomobilə hətta variator qutusu da quraşdırılmayacaq.
Korniyenko bildirib ki, avtomat transmissiyanın quraşdırılması avtomobilin maya dəyərini artıracaq. Şirkət bu addımı modelin qiymətinin qalxmaması üçün atıb.
Xuraman Etibarlı
İnterpress.az