Bakı, 16 yanvar, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrdəki mehmanxana və hostel tipli turizm obyektlərində gecələmələrin sayında rekord göstərici qeydə alınıb.
AZƏRTAC Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına istinadla xəbər verir ki, ötən il turizm obyektlərində gecələmələrin sayı əvvəlki illə müqayisədə 61,5 milyon (2 faiz) artaraq rekord göstəriciyə - 3 milyard 80 milyona çatıb. İl ərzində gecələmələrin 49 faizi xarici turistin, 51 faizi isə yerli ziyarətçilər tərəfindən həyata keçirilib.
Gecələmələrin 63 faizi mehmanxana və hostellərdə, 24 faizi qısamüddətli turizm obyektlərində və 13 faizi düşərgə tipli istirahət məkanlarında qeydə alınıb.