ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Atam 2 ilə yaxın olardı ki, xəstə idi və onun evdə müalicəsi mümkün deyildi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.
O, atasının həm infarkt, həm də insult keçirdiyini bildirib:
“Evdə müalicə alması qeyri-mümkün idi. Onun dərmanları vaxtında verilməli idi. Buna görə də atam müalicə üçün reabiltasiya mərkəzinə yerləşdirilib. Orada onun müalicə alması daha yaxşı idi.
O bizə çox yaxşı ata olub. Hər zaman Azərbaycan haqda danışıb, Vətəni bizə sevdirib. Bizimlə Azərbaycan dilində danışırdı, özü də Vətəni sevirdi. Himnimizi də mənə atam öyrədib. 5 nəvəsi var, onlara da dilimizi məhz atam öyrədib. 2002-ci ildə atamla birlikdə İsveçə köçmüşdük”.
Şahin Tağıyevin oğlu Rövşən Tağıyev atasının yaxşı döyüşçü və gözəl insan olduğunu bildirib:
“Atam hər zaman yanımızda olub, dəstəyini əsirgəməyib. Çox gözəl ata idi. Vətən uğrunda vuruşsa da, o illərdə belə bizimlə maraqlanıb, bizi unutmayıb”.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.