AZ

Yuliya Timoşenko hakim qarşısında: Xarici pasportu müsadirə olundu

Ukraynada Ali Antikorrupsiya Məhkəməsi “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko barəsində 33,28 milyon qrivna girov qətimkan tədbiri seçib.

AzNews.az xəbər verir ki, o, xalq deputatlarına rüşvət təklifində şübhəli bilinir.

Məhkəmə prokurorluğun 50 milyon qrivnalıq girov tələbinə qismən baxaraq daha aşağı məbləğ müəyyənləşdirib və Timoşenko üçün bir sıra prosessual məhdudiyyətlər tətbiq edib. Bunlara Kiyev vilayətini tərk etməmək, xarici pasportların təhvil verilməsi və müəyyən deputatlarla ünsiyyət qadağası daxildir. Ondan elektron qolbaq taxması isə tələb olunmayıb.

Yuliya Timoşenko ittihamları rədd edərək NABU-nun yayımladığı səs yazılarını saxta adlandırıb və işin siyasi motivli olduğunu bildirib.

Seçilən
33
aznews.az

1Mənbələr