N.V.İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 yanvar 2026, 17:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilsin.