Tibbi texnologiyaların satışını və servisini həyata keçirən “Arash Medical Company” gömrük qaydalarını pozduğu üçün barəsində cərimə protokolu imzalanıb.
Tribuna.az xəbər verir ki, “Arash Medical Company”nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 496.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Arash Medical Company” ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə 28 yanvar tarixində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, cərimələnməsi gözlənilən “Arash Medical Company”nin təsisçisi və rəhbəri Ehtiram Fərzəlibəyovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.