AZ

Təyyarə istehsalçısından rekord nəticə

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

“Airbus” korporasiyası 2025-ci ili rekord göstərici ilə başa vurub. 

Avtosfer.az xəbər verir ki, plana görə ötən il müştərilərə 790 təyyarə təhvil verilməli olduğu halda, 793 hava gəmisi çatdırılıb. Bu da 2024-cü illə müqayisədə 24 təyyarə çoxdur. Təkcə dekabrda müştərilərə 136 təyyarə yola salınıb ki, bu da pandemiyadan sonrakı dövr üçün rekorddur.

2025-ci il şirkət üçün sifariş baxımından da uğurlu olub. Min sifarişdən 889-u təsdiqlənib. Ən çox sifariş dekabrda qəbul edilib.

Vüqar

Oxunub 8

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
avtosfer.az

1Mənbələr