Kimlər müraciət edə bilər?
– Ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə 3-cü və 4-cü kurs bakalavriat və ya magistratura pilləsində təhsil alan tələbələr;
– Göstərilən ixtisas üzrə yeni məzun olmuş gənclər.
Təcrübə proqramının müddəti və yerlərin sayı:
– 4 və ya 8 həftə;
– tələbələr üçün yarım iş günü rejimi nəzərdə tutulur;
– 3 təcrübəçinin seçilməsi nəzərdə tutulur.
Təcrübə proqramında iştirak etmək istəyən şəxslər öz CV-lərini 26 yanvar 2026-cı il tarixinədək İNFO@LHRİ.AZ elektron poçt ünvanına göndərə bilərlər.
Təcrübə proqramı ödənişsizdir.
Təcrübə proqramını uğurla bitirmiş şəxslər sertifikatla təltif olunacaqlar.