AZ

"Yelo Bank" ötən ili 31 milyon manatdan çox xalis mənfəətlə - BAŞA VURUB - HESABAT

"Yelo Bank" ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir ki,  faiz gəlirləri 180,4 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29 milyon manat və ya 19,1% artım deməkdir.

Faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri bir ildə 34,4 milyon manat (25,6%) artaraq 168,9 milyon manata yüksəlib. Bu maddə ümumi faiz gəlirlərinin 93,6%-ni təşkil edir.

Digər banklardakı depozitlərdən əldə etdiyi faiz gəlirləri 9,7 milyon manat təşkil edib.

Gəlirlərin artması fonunda bankın xərcləri də yüksəlib. Faiz xərcləri bir ildə 13,8 milyon manat (25,6%) artaraq 67,6 milyon manata çatıb. Xərclərin artmasında əsas rolu depozitlərə ödənilən faizlər oynayıb ki, bu da bir ildə 14,3 milyon manat (29,5%) artımdır.

Nəticədə, gəlirlərin xərclərdən daha sürətlə artması bankın xalis faiz gəlirinin də yüksəlməsinə səbəb olub.Beləliklə, xalis faiz gəliri bir ildə 14,9 milyon manat (15,8%) artaraq 109,1 milyon manat təşkil edib.

 Bankın qeyri-faiz gəlirləri  20,3 milyon manata bərabər olub. Komissiya gəlirləri 11,6 milyon manat, valyuta əməliyyatlarından gəlirlərin 7,5 milyon manat təşkil edib.

Eyni zamanda, xalis əməliyyat mənfəəti  38,1 milyon manat səviyyəsində olub.

Nəticədə, vergilər ödənilənədək mənfəət  36,8 milyon manat təşkil edib. Hesabat dövründə 5,5 milyon manat mənfəət vergisi ödənilib ki, bu da illik müqayisədə 1,1 milyon manat çoxdur.

Beləliklə "Yelo Bank" ASC 2025-ci ili 31,3 milyon manatla xalis mənfəətlə başa vurub.

YENİLƏNİR...

Seçilən
86
fed.az

1Mənbələr