AZ

Ağstafa RİH başçısının növbəti səyyar qəbulu Aşağı Göycəli kəndində keçirilib

Ağstafa

Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.Ağstafa Rayon İcra Hakimiyyətinindən mətbuat xidmətindən ulusum.az-a verilən məlumata əsasən başçı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Aşağı Göycəli kənd tam orta məktəbinin binasında keçirdiyi növbəti səyyar qəbul baş tutub. Qəbulda rayon hakimiyyətinin məsul şəxsləri, müvafiq idarə və təşkilatların səlahiyyətli nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.Səyyar qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları maraqlandıran və narahat edən məsələlər ətraflı araşdırılıb. Qaldırılan problemlərin operativ həlli məqsədilə aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıq və tövsiyələr verilib.Qeyd edək ki, səyyar qəbullar əhalinin problemlərinin yerində öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.AğstafaR.Daşdəmirova

Diqqət Çəkənlər

Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb

Özbəkistanda Azərbaycan səsi eşidildi!

Niyaməddin Musayev: “Məmməd Arazın sözlərini dəyişmək ayıbdır”

Seçilən
76
ulusum.az

1Mənbələr