Bakı. Trend:
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası vəödənilməsi qaydalarında dəyişiklik edilib.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Daha əvvəl məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onunhansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətinverildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasənmüəyyən edilirdi.
Qanuna əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqıhesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinintəşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə dəişçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və yatam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəzolunacaq.
Əmək müqavilələrində və ya kollektiv müqavilədə, məzuniyyətəçıxan işçilər üçün növbəti əməkhaqqı (avans və ya qalan hissəsi)verilən gündən gec olmayaraq, məzuniyyət vaxtı üçün ortaəməkhaqqının verilməsinin başqa müddətləri müəyyən ediləbiləcək.