AZ

Paşinyanın rəqibi yenidən həbsə atıldı Erməni milyarderin ev dustaqlığı çox çəkmədi

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kremlin Ermənistandakı siyasi emissarı kimi tanınan milyarder Samvel Karapetyan yenidən həbsxanaya göndərilib.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsi “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın ev dustaqlığına buraxılması qərarını ləğv edib.

2025-ci ilin noyabr ayında Ermənistan məhkəməsi Samvel Karapetyanın məhkəməyəqədərki həbs müddətini uzadıb. Lakin məhkəmə dekabrın 30-da iş adamını ev dustaqlığına keçirib. Elə həmin gün Karapetyan həbsxanadan azadlığa buraxılıb. Lakin yanvarın 12-də Ermənistan Baş Prokurorluğu ev dustaqlığına köçürülən Karapetyanın məhkəməyəqədərki həbs tədbirinin sərtləşdirilməsini istəyib. Müdafiə tərəfi iş adamının azadlığa buraxılmasında israr edir.

Karapetyan konstitusiya quruluşunu devirmək çağırışlarında və iqtisadi cinayətlərdə ittiham olunur.

Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsi aşağı instansiya hakimi Sarqis Petrosyanın Samvel Karapetyanın ev dustaqlığına buraxılması qərarını ləğv edib. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Karapetyanı iki aylıq həbs cəzasına məhkum edib. O, evindən islah müəssisəsinə aparılıb.

Xatırladaq ki, Samvel Karapetyan Baş nazir Nikol Paşinyan 29 mayda hökumət iclasında kilsəni sərt tənqid etdikdən sonra Erməni Apostol Kilsəsinə dəstəyini bildirib.

2025-ci ilin iyul ayında Ermənistan parlamentinin 65 üzvü Karapetyanın şirkəti olan "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsinə icazə verən qanun layihəsini dəstəkləyib. 8 iyulda təhlükəsizlik qüvvələri şirkətin ofislərində və idarə heyətinin sədri Narek Karapetyanın evində axtarış aparıblar.

2 iyul 2025-ci ildə “Tashir Group” şirkətinin İrəvan ofisində axtarışlar aparılıb. Axtarışlar vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı cinayət işi ilə əlaqədar olub.

Vladimir Solovyov da daxil olmaqla, Kremlin əksər təbliğatçıları Karapetyanın həbsinə görə Paşinyanı dəfələrlə təhqir və təhdid ediblər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
165
28
azpolitika.info

10Mənbələr