AZ

Abrahama İngiltərədən təklif

“Beşiktaş”ın hücumçusu Temmi Abraham karyerasını “Aston Villa”da davam etdirməyə açıqdır.

Msport.az xəbər verir ki, onun transfer hüquqları hələ də “Roma”ya məxsusdur.

Birmingem klubu “Roma”ya keçən Doniel Malenə əvəzləyici axtarışındadır. Abrahamın şəxsi müqavilə şərtləri “Aston Villa” üçün problem yaratmayacaq. Futbolçu Premyer Liqaya qayıtmağa müsbət yanaşır. Ancaq transferin reallaşması icarə müqaviləsi səbəbindən çətinləşir. Belə ki, Temmi Abraham “Beşiktaş”da icarə əsasında çıxış edir və razılaşmaya əsasən, müəyyən şərtlər yerinə yetirilərsə, İstanbul klubu onu 11,2 milyon funt-sterlinq qarşılığında məcburi şəkildə transfer etməlidir.

Hazırda tərəflər arasında vəziyyətin necə inkişaf edəcəyi maraqla gözlənilir.

Seçilən
60
msport.az

1Mənbələr