AZ

Bazardakı alış-verişi daha sərfəli etmək üçün sadə yollar

Bazar alışverişində büdcəni qorumaq hər zaman hər kəsin arzusudur. Alış-verişi daha sərfəli etmək üçün bəzi sadə üsullar işə yaraya bilər.

 

Pravda.az bildirir ki, əvvəlcə alış-verişə çıxmazdan əvvəl yalnız ehtiyacları əks etdirən siyahı hazırlamaq lazımsız xərclərin qarşısını alır. Qiymətləri müqayisə etmək və ən sərfəlisini seçmək də büdcəyə qənaət etməyə kömək edir.

 

Bazarın iş saatına diqqət yetirmək də vacibdir: gecə saatlarında satıcılar tez-tez endirim edir. Satıcılarla ədəbli və səlis danışıq aparmaq da daha yaxşı qiymət əldə etməyə imkan verir.

 

Mövsümə uyğun məhsulları seçmək həm təzə, həm də ucuz məhsullar almağa şərait yaradır. Birbaşa istehsalçıların stendlərindən alış-veriş etmək və eyni satıcıdan təkrar-təkrar almaq isə uzunmüddətli endirimlərə yol aça bilər.

 

Əminə Bayramova

Tarix: 16 Yanvar 2026, 18:07   
Seçilən
101
pravda.az

1Mənbələr