AZ

Gözdən əlilliyi olan 32 nəfərə xidmət göstərilib

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən il gözdən əlilliyi olan 32 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib. Onlardan 27-si kişi, 5-i isə qadın olub.

525.az-a Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə 5-29 yaşlı şəxslər qəbul edilirlər. Benefisiarlar burada sosial, tibbi, pedaqoji, psixoloji və idmanyönümlü reabilitasiya xidmətlərinə cəlb olunurlar.

Onlarla Brayl əlifbasının öyrədilməsi, əl ağacından düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də ayaq hissiyyatının inkişaf etdirilməsi üçün məqsədyönlü iş aparılır.

Gözdən əlilliyi olan şəxslərin sosial adaptasiyasının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər, ekskursiyalar da təşkil edilir, maarifləndirici təlimlər keçirilir.

Həmin kateqoriyadan olan şəxslər müəssisəyə öz müraciətləri, valideynləri, qohumları və ya digər qanuni nümayəndələri, həmçinin bələdiyyələr və qeyri-hökumət təşkilatları tərəfindən edilən müraciətlər əsasında qəbul olunurlar.

Müraciətlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
1
525.az

2Mənbələr