Yayda hərbi xidmətə yollanmalı olan futbolçu həmin vaxtadək futboldan uzaq qalmaq niyyətindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət 1-ci Liqa təmsilçisi "Zaqatala"nın hücumçusu Cavad Kərimovdan gedir.
Sözügedən oyunçu hazırda komandasının məşqlərinə qatılmır. Düzdür, onun müqaviləsinə xitam verilməyib, amma Cavad qərarını məşqçilər korpusuna çatdırıb.
Qeyd edək ki, hazırda 17 xalı olan "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat