AZ

Polis əməliyyat keçirdi: Ülvi və Rza Rzayev saxlanıldı

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkədə qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə "Tokyo", "Lasvegas", "Tac", "Joker" və "Padişah Casino" adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.

Seçilən
119
11
publika.az

10Mənbələr