ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Son dövrlər internet sürətinin zəifləməsi əsasən şəbəkəyə düşən yüklə bağlıdır. Axşam saatlarında istifadəçi sayı kəskin artır. Bu da bağlantının zəifləməsinə səbəb olur”.Bunu Demokrat.az-a açıqlamasınsa İT üzrə mütəxəssis Həsən Quliyev deyib.O bildirib ki, bir çox provayderlər mövcud infrastrukturu vaxtında gücləndirmir:“Köhnə avadanlıqlar sürət və sabitlik problemləri yaradır. Eyni xətti çox sayda istifadəçi paylaşır. İnternet trafiki əsasən xarici xətlərdən asılıdır. Beynəlxalq bağlantılarda yaranan problemlər daxili şəbəkəyə də təsir edir. Nəticədə kəsintilər baş verir. Provayderlər göstərdikləri xidmətin keyfiyyətinə görə məsuliyyət daşıyırlar. Müqavilədə göstərilən sürət təmin olunmalıdır. Problem davamlıdırsa, istifadəçilər rəsmi qaydada şikayət edə bilərlər. Yaxın dövrdə infrastruktur yenilənərsə, vəziyyət yaxşılaşa bilər. Fiber-optik xətlərin genişləndirilməsi vacibdir. Bu, internetin daha sürətli və stabil olmasına şərait yaradacaq”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.