AZ

Ələt Azad İqtisadi Zonası Avropa şirkətləri üçün regional logistika mərkəzi kimi cəlbedici qiymətləndirilib

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonası multimodal bağlantılara malik stratejinəqliyyat-logistika infrastrukturu və regional logistika mərkəzikimi rolu Avropa şirkətləri üçün regional və beynəlxalq bazarlarasəmərəli çıxış baxımından cəlbedici amil kimi qiymətləndirilib.

Trend bubarədə iqtisadi zonaya istinadən xəbər verir.

Belə ki, 14 yanvar 2026-cı il tarixində Ələt Azad İqtisadiZonasında Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə BaşDirektorluğunun (ENEST) bölmə rəhbəri Devid Kallenin rəhbərliketdiyi Avropa İttifaqı nümayəndə heyəti ilə görüş keçirilib.Nümayəndə heyətini Azərbaycan Respublikasındakı Avropa İttifaqınınsəfiri və nümayəndəliyin rəhbəri, Zati-aliləri xanım MarijanaKuyundjiç müşayiət edib.

Görüş zamanı Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumununİdarəsinin İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadiZonası barədə ətraflı təqdimatla çıxış edib. Təqdimatda Zonanınunikal hüquqi rejimi, istifadəyə tam hazır on-site və off-siteinfrastruktur imkanları, mühəndis-kommunikasiya sistemləri ilətəchiz edilmiş sənaye təyinatlı torpaq sahələri, habelə investorlarüçün nəzərdə tutulan maliyyə və qeyri-maliyyə təşviqləri paketiəhatəli şəkildə təqdim olunub. Eyni zamanda Zonanınnəqliyyat-logistika infrastrukturu və inkişaf potensialına xüsusidiqqət yetirilib.

Avropa İttifaqı nümayəndə heyəti təqdimatın yüksək təəssüratyaratdığını bildirib. Xüsusilə Zonanın multimodal bağlantılaramalik strateji nəqliyyat-logistika infrastrukturu və regionallogistika mərkəzi kimi rolu Avropa şirkətləri üçün regional vəbeynəlxalq bazarlara səmərəli çıxış baxımından cəlbedici amil kimiqiymətləndirilib. Həmçinin zəruri əsas infrastruktura malik,istifadəyə hazır sənaye torpaq sahələrinin mövcudluğu Zonanın ümumiinvestisiya cəlbediciliyini artıran əsas üstünlüklərdən biri kimiqeyd olunub.

Görüşün sonunda Avropa İttifaqı nümayəndə heyəti dialoqun davametdirilməsində və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasındamaraqlı olduqlarını ifadə edib.

Seçilən
124
az.trend.az

1Mənbələr