Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar üzvlərinin reyestrində baş vermiş dəyişikliklər barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.
Qurum xatırladıb ki, "Siyasi partiyalar haqqında" Qanunun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edilir:
"Bununla əlaqədar qeyd edirik ki, ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim edib".
Telegram kanalımız