AZ

Mahir Emreli üçün bəd xəbər – qar “Kayzerslautern”in planlarını pozdu

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” ciddi problemlə üzləşib.

“Football-plus.az” “Bild”ə istinadla xəbər verir ki, 2-ci bundesliqa təmsilçisi qış hazırlığını öz bazasında keçmək qərarı verdiyinə görə peşman olub. Çünki Kayzerslauterndə hava şəraiti kəskin şəkildə pisləşib. Bir neçə gündü intensiv yağan qar şəhərdə hərəkəti iflic edib. Nəticədə “qırmızı iblislər”in bir neçə məşqi ləğv olunub. Belədə “Kayzerslautern” azarkeşləri klub rəhbərliyini tənqid atəşinə tutub. Onlar rəhbərliyi təlim-məşq toplanışını ölkə xaricində keçirmək istəmədiyinə görə günahlandırır.

Komandanın məşqləri nə vaxt bərpa edəcəyi bilinmir. İş ondadı ki, yanvarın 18-də 2-ci bundesliqada fasilə başa çatacaq. Həmin gün meydana çıxacaq “qırmızı iblislər” 18-ci tur çərçivəsində “Hannover 96”nı qəbul edəcək.

KƏNAN BAHADIR

Seçilən
138
1
football-plus.az

2Mənbələr