AZ

Çin zavodlarına 16 gəmi sifariş veriblər

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çində fəaliyyət göstərən üç gəmiqayırma zavoduna 6 təsdiqlənmiş 16 gəmi və 10 əlavə opsiyalı gəminin tikintisi üçün sifariş verilib. Sifarişçi Sinqapurun "Yangzijiang Maritime Development" şirkətidir.

Reyting.az-ın məlumatına görə, sifariş zərfinə 40 min tonluq 2 "Handysize" quru yük gəmisi, 49,8 min tonluq 2 "MR" modelli məhsul tankeri və 114 min tonluq 2 "LR2" adlı böyük tanker daxildir.

Gəmilərin təhvil-təslim tarixləri də bəlli olub. İlk quru yük gəmiləri 2027-ci ilin aprelindən 2028-ci ilin mayına qədər, "MR" tankerləri isə 2027-ci ilin noyabr ayından 2029-cu ilin fevralınadək, "LR2" tankerləri isə 2028-ci ilin mart ayından 2029-cu ilin sentyabr ayına qədər Sinqapur dövlətinə təhvil verilməlidir.

Yeni sifarişlərin nəticəsində şirkətin tikinti proqramında ümumilikdə 50 gəmi olacaq. Qlobal dənizçilik sektorunda fəaliyyəti sahəsində daha çox məşhurlaşan, maliyyələşdirmə, eyni zamanda nəhəng investisiya layihələri ilə tanınan Sinqapurun məşhur "Yangzijiang Maritime Development" şirkətinin icraçı direktoru Ren Yuanlin bildirib ki, sifariş etdikləri bu gəmilər ekoloji tələblərə cavab verəcək və yanacaq səmərəliliyini artıracaq.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
reyting.az

1Mənbələr